Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi an məsələsidir...

Zəngəzur dəhlizi an məsələsidir...


Bu gün, 07:12

Zəngəzur dəhlizinin açılması mövzusu son aylarda siyasi gündəmdə əsas yer tutan mövzuların önündə gəlir. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantısını təmin edə biləcək bu nəqliyyat marşrutu yalnız ölkə üçün deyil, bütövlükdə region üçün də strateji və iqtisadi əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən, dəhlizin açılması ilə bağlı danışıqlar həm ikitərəfli, həm də beynəlxalq müstəvidə böyük maraqla izlənilir. Türkiyə, İran, Rusiya və Avropa ölkələri də Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar veriblər. Bəzi ekspertlər dəhlizin ilin sonuna kimi açıla biləcəyini düşünür.

Bütün bunların fonunda Zəngəzur dəhlizi ilin sonuna kimi açıla bilərmi? Bu istiqamətdə gözləntilər nələrdir?

Mövzuyla bağlı Politoloq və "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi"nin sədri Samir Hümbətov REFERANS-ın suallarına açıqlama gətirib. Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı olan prosedurlar uzun və gərgin məsələdir. Yəni tək sənədlərin imzalanması ilə dəhlizi açmaq olmur. Əvvəla dəhliz açılması üçün logistik imkanlar formalaşdırılma və kommunikasiya yaradılmalıdır. Həmçinin yol çəkilməli, bir çox layihələr icra edilməli və yol təsərrüfatı qurulmalıdır və.s. məsələlər həll olunmalıdır. Məhz bundan sonra isə dəhliz açıla bilər.

Siyasi şəhrçi onu da diqqətə çatdırıb ki, bu ərazidə 35 ildir hər hansı bir dəhliz fəaliyyət göstərmir. Belə olan halda da ilin sonuna qədər dəhlizin açılması çətinləşir. Bəlkə də nəzəri baxımdan deyə bilərik ki, açılacaq. Lakin dəhlizin açılması üçün öncə işlərə başlanılmalıdır. İşlər isə hələki başlanmayıb. İşlərin başlanması üçün isə tam razılıq əldə edilməli sonra isə həmin ərazilərə şirkətlər cəlb edilməlidir ki, işlər görülsün.

"İnfrastruktur layihələri həyata keçirilməlidir. İnfrastruktur layihələri həyata keçirilmədiyi müddət ərzində dəhlizin açılması ilə bağlı danışmaq hələ tezdir. Çünki bu elə də asan iş deyil. Əgər şirkətlər cəlb edilərsə daha sürətli iş aparıla bilər. Nəticədə də dəhlizin açılması tezliklə reallaşar. Həmçinin işlərin uzun müddətə yekunlaşması ehtimalı da ola bilər"-deyə Samir Hümbətov əlavə edib.


Geri qayıt