Əsas Səhifə > Ana xəbər / Güney Press > AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır

AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır


Bu gün, 09:26

Milli Məclisin komitə sədri AŞPA ilə "qapı"nı Azərbaycanın bağlamadığını, ölkənin bütün təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmçinin qeyd edib ki, Azərbaycana qarşı olan qüvvələr elə addım atdılar ki, AŞPA-da nümayəndə heyəti fəaliyyətini dayandırmalı oldu: "Biz mövqeyimizi açıq şəkildə göstərmişik. Azərbaycana qarşı olan qüvvələrlə əməkdaşlıq etməyəcəyik. AŞPA başa düşməlidir ki, Azərbaycan başqa reallıqdadır. Onlar obyektiv həqiqəti qəbul etməlidirlər".
Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərində uzun müddətdir gərginlik olduğunu xatırladan millət vəkili,
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə Sherg.az-a açıqlamasında qeyd edib ki, bu gərginliyin kökündə Azərbaycanı sevməyən, öz mövqelərini siyasi korrupsiya üzərində quran və açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən siyasətçilərin fəaliyyəti dayanır:
“Onların məqsədi Azərbaycanın imicini zədələmək, ölkəni Avropa institutlarından təcrid etmək və enerji layihələri sahəsində təsir imkanlarını zəiflətməkdir. AŞPA-nın hazırkı siyasəti onun artıq iflasa uğradığını sübut edir. Çünki əslində, demokratik dəyərləri müdafiə etməli olan qurum müəyyən güc mərkəzlərinin təsiri altında fəaliyyət göstərir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığından narahat olan dairələr, xüsusilə də "Qazprom" lobbiləri, AŞPA daxilində şəbəkələr formalaşdıraraq qərarların obyektivliyini şübhə altına alırlar. Bu siyasətin arxasında isə "KQB" (keçmiş "KQB" strukturları və onların Avropada yerləşdirdiyi təsir agentləri) dayanır. Onlar Azərbaycanın Avropa bazarına çıxışını, xüsusilə də Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələrini zəiflətməyə çalışırlar. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş rolunu oynayır və bu, Rusiya monopoliyasını ciddi şəkildə sarsıdır”.

Geri qayıt