Əsas Səhifə > Ana xəbər / Güney Press > Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub?

Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub?


Bu gün, 15:57

“Rusiya Azərbaycanla arasında yaratdığı gərginliyi aradan qaldırmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

“Məsud Pezeşkian Pekində tədbirdə söhbət etdiyi İlham Əliyevə “barışdınız” söyləyəndə Rusiyanı yox, Ermənistanı nəzərdə tuturdu. Dünəndən bununla bağlı yüz versiya irəli sürülüb.

Rusiya Azərbaycanla münasibətləri düzəltməyə çalışır, bu, aydın görünür. Çünki gərginliyin səbəbkarı Kremldir. Əlinə dividend keçmədi, anladı ki, şantajla heç nəyə nail ola bilməyəcək, buna görə də münasibətləri “təmir” etməyə çalışır. Bu yaxşıdır, özləri öz səhvlərni düzəldirlər”, - partiya rəhbəri bildirib.

N.Cəfərli qeyd edib ki, indi Azərbaycan Rusiya üçün Rusiyanın Azərbaycan üçün oynadığı roldan daha önəmli vəziyyətdədir:

“Şimal-Cənub dəhlizinin ana xətti Azərbaycandan keçəcək, Rusiya İrana ildə 50 milyard kubmetr qaz satmaq istəyir. Bu boru da Azərbaycandan keçməlidir. Nəhayət, Azərbaycan və Türkiyənin stateji müttəfiqliyi Kremldə bəzi “isti başları” soyutmağa bəs edir.

Türkiyə də Rusiya üçün nəfəslik, onu Qərbə bağlayan yoldur. Rusiya “Türk Axını” ilə qazını premium qiymətlə Avropaya Türkiyə vasitəsi ilə satır. Hər il 10-11 milyon rusiyalı Türkiyədə dincəlir. Rusiyalılar hər şeyə dözər, amma Antalyaya getməsələr, inqilab edərlər.

Bir sözlə, coğrafiyamız taleyimizdir - Şimalda qaba və beynəlxalq hüquq çeynəyən qonşumuz var. Bərəbərhüquqlu münasibətlər istəsələr, bəli, normal münasibətlərdən hamı qazanar”.

Xatırladaq ki, İkinci Dünya müharibəsinin 80-ci ildönümü ilə əlaqədar Çinin paytaxtında keçirilən tədbirdə Azərbaycan və İran Prezidentləri İlham Əliyevlə Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.

Liderlərin dialoqu bu şəkildə olub:

Pezeşkian Əliyevə: Barışdınız?

Əliyev: Bəli.

Pezeşkian: Yaxşı iş gördünüz.


Geri qayıt