Əsas Səhifə > Ana xəbər / Güney Press > Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi
Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildiDünən, 07:26 |
Mərkəzi Neftçilər Xəstəxanası avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidməti üçün müqavilə bağlayır Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsi avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması üçün elan etdiyi tenderin qalibi “Furqan Avto” MMC olub. 32gun.az xəbər verir ki, qalib şirkət ilə 21.118,46 AZN dəyərində müqavilə bağlanması gözlənilir. Tender çərçivəsində aşağıdakı xidmət və ehtiyat hissələri təmin ediləcək: Volkswagen Crafter – 1 ədəd Fiat Doblo Combi 1.3M – kompüter razval, avtomobilin yuyulması, amortizator yastığının dəyişdirilməsi, mühərrik işləri Mercedes Benz Sprinter 315 – hava süzgəci, salon süzgəci, akkumulyator 100W, yanacaq süzgəci və dəyişdirilməsi, şam, dinamonun kömürü, dinamo kollektoru, starterin şotkası, dumanlı lampa və s.
Qeyd edək ki, qalib şirkətin qanuni təmsilçisi Anar Ağamalı İmanverdi oğludur. Əldə etdiyimiz daha bir məlumata görə, “Furqan Avto” MMC, hazırkı adı ilə fəaliyyətə başlamazdan əvvəl, 2022-ci ilin 26 oktyabr tarixinə qədər “Stabil-E” MMC adı altında fəaliyyət göstərib.
Geri qayıt |