Əsas Səhifə > Ana xəbər / Güney Press > “Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır

“Expressbank” səhlənkarlıq edir, “Unibank” isə qanunu tanımır


Bu gün, 15:40

İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova Expressbank və Unibank ilə bağlı şikayətini ictimailəşdirib.

Tribunainfo.az-a açıqlama verən G. Hüseynova qeyd edib ki, “Expressbank”ın Elmlər filialının “əməkdaşı” səriştəsizlik edib. Cümə günündən etibarən pul göndərdik. Dedilər ki, müəyyən qədər verə bilərik və digər hissəsini də başqa bankdan götürməlisiniz və ya növbəti iş günü gəlin. Mən pulu xalamın və onun yoldaşının adına göndərmişdim. Əməkdaş səhvlik edərək göndərilən pulu geri qaytarıb. Səhvini də boynuna almadığı üçün bizim verdiyimiz yüksək məbləğdə beh də bankın səhlənkarlığı ucbatından batmış oldu. Bu gün, 1 sentyabr tarixində pulu çəkməyə getdikdə isə məlum olub ki, əməkdaşın səhvi ucbatından pul geri qaytarılıb.

Onun sözlərinə görə, “Expressbank”da yaxın adamına pul göndərmək istəyərkən bank əməkdaşlarının səriştəsizliyi ilə üzləşib.

Günay Hüseynova “Unibank” barədə də narazılığını ifadə edib. Onun sözlərinə görə, bank dövlət tərəfindən təsdiqlənmiş qanunları keçərli hesab etmir:

“Asan Xidmət”də xalam üçün “Ümumi etibarnamə”yə 17 manat rüsum ödəmişəm. Amma Unibank hesabdan pul çıxarmağa imkan vermir. Əgər kartdan çıxarışı edəcəkdimsə, mən niyə əlavə vəsait ödəyib etibarnamə almalı idim?” – deyə şikayətçi bildirib.

G. Hüseynova sonda qeyd edib ki, bank dilənçiliyə başlayıb. Dövlətin, yəni Ədliyyə Nazirliyinin notariat fəaliyyətini qəbul etmirlər. Orada kart istənilib. Kart da verilib. Bank kartının 4 rəqəmli şifrəsini tələb edib. Bu hal ümumiyyətlə düzgün deyil. Kartın şifrəsi lazım idisə də ilk növbədə müştəri məmnuniyyəti və təhlükəsizlik baxımından müştəridən başqa etibarnamə olsa da bank əməkdaşı mənim 4 rəqəmli şifrəni bilməli deyil. Əgər mən bu etibarnaməni vermişəmsə, sistemdə də bu çıxırsa, nə üçün bank 2 manat tələb edib bank şifrəsini dəyişməlidir?!

Məsələ ilə bağlı Tribunainfo.az-a “Ekspressbank”dan açıqlama verən Raziyyə xanım bildirib ki, əlaqədar şöbələrə sorğu göndərmişik, onlardan cavab alıb sizə geri dönüş edəcəyik.

Lakin 3 saata yaxındır ki, əlaqədar şöbədən heç bir açıqlama gəlməmişdir.


Geri qayıt