Əsas Səhifə > Ana xəbər / Güney Press > İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu

İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu


Dünən, 16:47

İstintaqa cəlb edilən Respublika Endokrinoloji Mərkəzin sabiq direktoru Nərmin İsmayılovaya yeni vəzifə verilib.

Qaynarinfo bildirir ki, o, “Referans” Klinikasının Endokrin və Cərrahi Mərkəzinin baş həkimi təyin olunub.

Qeyd edək ki, bu ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirmişdi. Yayılan məlumata görə, müvafiq şikayət əsasında Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalara başlanmışdı.

d92308055bee3e42773fc0bc6c12dd33 e2472638 2344 422e b385 3273a2cacd0e

Bir müddət sonra yayılan digər məlumatda bildirilirdi ki, Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.


Geri qayıt