Əsas Səhifə > Ana xəbər / Güney Press > Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır?

Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır?


Bu gün, 14:37

Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatı sülh prosesi kontekstində diqqətçəkən olmaqla yanaşı paradoksaldır. Paşinyan bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad formalaşarsa, sülh müqaviləsinə ehtiyac aradan qalxa bilər.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruridir:

“Şübhəsiz ki, xalqların sülhə hazırlanması və etimad mühitinin formalaşması istiqamətində addımlar atılmalıdır. 30 ildən çox davam edən münaqişə xalqları sülhdən və təhlükəsizlikdən uzaqlaşdırıb. Xalqımızın başına çox böyük fəlakətlər gəlib, Xocalı soyqırımı törədilib. Bütün bunları unutmaq mümkün deyil.

Çalışırıq ki, regionda təhlükəsizlik mühiti qurulsun, sülh təmin edilsin. Burada da etimadın formalaşmasına ehtiyac var. Sülhün təmin edilməsi bəyanatlarla mümkün deyil, yəni konkret müqavilə imzalanmalıdır.

44 günlük müharibədən ötən 5 il ərzində rəsmi Bakı çox çalışıb ki, sülh sazişi imzalansın. Hətta 5 baza prinsipini belə rəsmi Bakı tərtib edib və irəli sürüb. Bu gün də bunun əsasında 17 maddəlik sülh sazişi Vaşinqtonda paraflanıb.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Bakının tələbləri yerinə yetirilərsə, bu, sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Bu, ilk növbədə, Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bundan başqa, Minsk Qrupuna da birdəfəlik vida edilməlidir”.


Geri qayıt