Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?..

Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?..


Bu gün, 09:58

"Ötən şənbə günü İcevan meri Artur Çaqaryanın qızı Melaniya Çaqaryanın toy mərasimi baş tutub. Mənbəmiz bildirir ki, toyda baş nazir Paşinyan və Anna Akopyan da olub. Toy Abovyan şəhərindəki "Hatis" restoranında baş tutub".

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.
Erməni qəzetinin mənbəsi iddia edib ki, guya həmin toyda "baş nazirin təhlükəsizlik qüvvələri tədbirdə iştirak edənləri heç bir fərq qoymadan axtarışa məruz qoyub, qonaqlarda silah, hətta kəsici və deşici alətlərin olub-olmadığını yoxlayıb".
"Yeri gəlmişkən, Paşinyanın iştirak etdiyi bütün toylarda, vəftizlərdə və doğumlarda onun təhlükəsizlik qüvvələri tədbirə gələnləri heç bir fərq qoymadan axtarışlara məruz qoyur", -yazan nəşr onu da bildirib ki, toyda Nikol Paşinyanın xaç atası Vahe Qalumyan, onun qardaşı, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan da daxil olmaqla 300-ə yaxın adam iştirak edib.
"Təəccüblüdür ki, toyda İcevanın keçmiş meri, Çiçəklənən Ermənistan Partiyasının üzvü, müxalif fikirdə olan Vardan Qalumyan da iştirak edib", -deyə "Hraparak" diqqətə çatdırıb.

Geri qayıt