Əsas Səhifə > Ana xəbər / Güney Press > Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi...
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi...Bu gün, 10:39 |
Ermənistan Respublikasının baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan öz "Facebook" səhifəsində Ermənistan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin Qafanda illik seminarının açılışında baş nazir Nikol Paşinyan və respublika prezidenti Vaaqn Xaçaturyanın iştirakından bəhs edib .
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Tayms" məlumat yayıb.
"Baş nazir çıxışında diplomatik missiyaların əsas rolu və əhəmiyyətini vurğulayıb. Baş nazir Paşinyan çıxışında Ermənistan Respublikası hökumətinin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətə toxunub. Dövlət başçısı bunun praktiki həyata keçirilməsinin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması ilə baş tutduğunu vurğulayıb. O, ölkənin beynəlxalq münasibətlərdə prioritetləri, qarşıda duran proqramlar barədə danışıb.
Baş nazirin çıxışından sonra xarici siyasət gündəminə aid məsələlər, o cümlədən cari məsələlər və onların həlli imkanları ətrafında müzakirələr aparılıb", -deyə erməni hökumətinin rəsmisi yazıb.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan dünən Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş nazirin müavini Tiqran Xaçatryanla birlikdə Ermənistanın xarici ölkələrdəki səfirlərinin toplantısında iştirak etmək üçün kiçik təyyarə ilə Qafan şəhərinə yola düşüb.
Geri qayıt |