Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib

“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib


Bu gün, 14:59

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Cənub Yük Terminalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Aqşin Mirzəyev Talıb oğlu bu vəzifəyə təyin edilib. O bu vəzifədə Zaur Ramazanov Hafiz oğlunu əvəz edib.

Xatırladaq ki, “Cənub Yük Terminalı” MMC 2020-ci ildə təsis edilib. Şirkət Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olaraq, 2022-ci ildən fəaliyyət göstərir. Bu şirkət, Azərbaycan və İran sərhədində yerləşən Astara terminalının idarə edilməsindən məsuldur. Terminal, 35 hektar sahədə yerləşir və 2018-ci ildən yükaşırma əməliyyatlarına başlayıb


Geri qayıt