Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiya və Türkiyə şirkətləri ilə 3 satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 26 milyon manat olan satınalma müqavilələrinin biri Rusiyanın Milli Aviasiya Xidməti Şirkəti (“Национальная Авиационно-Сервисная Компания”) ilə, ikisi isə Türkiyənin “Falcon Teknoloji ve Dış Ticaret Limited” şirkəti ilə bağlanılıb. Qeyd edək ki, Rusiya şirkəti FHN-in sifarişi əsasında “KA-32A” tipli helikopterə məxsus 1 ədəd VR-252 L20809008K nömrəli reduktorun sükan vintini təmir edəcək. Bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 1 milyon 578 min 526,2 manat ödəyəcək. Türkiyə şirkəti isə FHN-in sifarişi əsasında “Mİ-17-1V” tipli helikopterə məxsus 1 ədəd aparıcı vintin vtulkasının təmirini həyata keçirəcək və qarşılığında 17 milyon 184 min 369 manat alacaq. Bundan başqa, Türkiyə şirkəti “KA-32A” tipli helikopterin NP92A-5 № 091082, 081051, 081047, 081048 Plunger nasosların istismar müddətinin uzadılmasını da həyata keçirəcək və qarşılığında 7 milyon 145 min 203 manat alacaq. Qeyd olunan bütün işlərin gələn ilin sonunda başa çatacağı bildirilir.
Geri qayıt
|