Əsas Səhifə > Ana xəbər / Güney Press > Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilibBu gün, 15:32 |
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib. "DİA-AZ" xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub. Baş prokurorun digər bir əmr ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub. Geri qayıt |