Rusiya Azərbaycana qarşı nə edə bilər? İlk əvvəl nə edə bilməz? Bunu düşünməliyik və cavab da buradadır. NƏ EDƏ BİLMƏZ, deyə bildiklərimizin hamısnı Rusiya bizəq arşı edə bilər və edəcək də... Demirəm ki, Rusiyadan qorxaq... Amma onu deyirəm ki, Rusiyadan qorxmasaq da, hər türlü zada hazır olmaq zorundayıq... Məsələn, ağlımıza gəlməz ki, Rusiya "AZƏRBAYCANIN XÜSUSİ XİDMƏT ORQANLARININ AGENTİ" kimi nişan verdiyi və neçə müddətdir ki, zədiyi Rusiyada yaşayan üzdə olan bütün soydaşlarımızdan bizə qarşı istifadə edə bilsin... Ağlımıza bu gəlməz... AMMA OLA BİLƏR... Bu gün Rusiyada yaşayn bütün tanınmış və pulu olan azərbyacanlılar ciddi şəkildə Rusiya xüsusi xidmət orqanları tərəfindən sıxışdırılır,onlar əməkdaşlığa cəlb olunur. Rusiyanın təzyiqlərini görmədən belə razılaşanlar Azərbaycan əleyhinə əməkdaşlığa bəri başdan HƏ deyirlər... Təzyiqlərdən sonra HƏ deyənlər də olur... Təzyiqlərdən sonra belə YOX deyənlər olur... Onlar dərhal cəzalandırılır. Daha təhlükəliləri HƏBS olunur... Eləsi vətəndaşlıqdan çıxarılır... Hamısı hədəf olduqlarından biznesləri belə zərbə alır... Amma HƏBS OLUNUBSA, vətəndaşlıqdan çıxaırlıbsa, biznesləri zərbə görübsə... HƏTTA bu halda belə onları TƏMİZƏ ÇIXARDA bilməyəcəyik... Çünki ayırd edə bilmərik ki, onlar məqsədli şəkildə ƏZABKEŞ obrazına salınıb, yoxsa həqiqətən də ƏZABKEŞDİR... Yəni bu gün Rusiyada yaşayan soydaşlarımız faktiki olaraq Azərbaycan üçün təhlükəyə çevrilməkdədir. Hə... ƏSAS olaraq onu qeyd edim ki, bizlərdən fərqli olaraq, onların PULLARI VAR və həmin pullar Rusiyanın diqtəsi ilə... həm də indiki QARMAŞA - KASIBÇILIQ-YETİMÇİLİK dönəmində ölkəmizə daxil olarsa... CİDDİ PROBLEMƏ NƏDƏN OLA BİLƏR! Bunu isə dövlətimizin başbilənləri CİDDİ DÜŞÜNMƏLİ, bəri başdan tədbir görməlidir... Rusiyadan Azərbaycana qayıdan və yaxud da qayıdacaq hansı soydaışımızın agent olub, olmdaığını müəyyən etmək isə... artıq PEŞƏKARLARIN İŞİDİR! Yəni ruslardan hansısa ənənəvi istiqamətlərdən yox... MƏHZ BURADAN ZƏRBƏ GÖZLƏMƏLİYİK! Ehtimal etdim... YAZDIM!
Məhəmməd ƏRSOY - "DİA-AZ"
Geri qayıt
|