Əsas Səhifə > Ana xəbər / Güney Press > Fars-molla rejiminin ABSURD DAVASI...
Fars-molla rejiminin ABSURD DAVASI...Bu gün, 08:20 |
İndi də Xəzərin adını dəyişdirməyə cəhd edirlər. Tehran Universitetinin professoru Həsən Fazili yerli televiziya kanallarından birində çıxışı zamanı Xəzər dənizinin adını bəyənmədiyini açıqlayıb və insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib. O, bunu belə “əsaslandırıb” ki, dənizə “Xəzər” adını guya yəhudilər verib. İranlı professor ölkəsindəki digər şovinistlər kimi Xəzəri “Mazandaran gölü” adlandırmağı təklif edib. Ölkələrinin bu qədər problemi var, Prezidentləri Məsud Pezeşkian ağır geosiyasi vəziyyətdən çıxış edərək deyir ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq lazımdır, ancaq yaxşı münasibət qurmağa çalışdıqları Azərbaycana yenə dil uzadırlar. Görəsən biz də İran əvəzinə “Persiya” və ya “Səfəvi dövləti” terminindən istifadə etsək, bu fars şovinistlərini susmağa vadar edərmi? Orxan TUNCƏR - "DİA-AZ" Geri qayıt |