Əsas Səhifə > Ana xəbər / Güney Press > 345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM

345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM


Dünən, 11:06

Uşaqlar isti yay günlərində əziyyət çəkirlər. Yasamalda yerləşən 345 nömrəli uşaq bağçasında kondisioner yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.

Onların sözlərinə görə, bağçada yalnız rəhbərlik, tibb və musiqi otaqlarında kondisioner quraşdırılıb. Amma həmin otaqlarda uşaqlar olmurlar: “Uşaqlarımızın sağlamlığı ciddi şəkildə təhlükədədir. MİDA yaşayış kompleksində yalnız bir uşaq bağçası yerləşir və uşaq sayı da kifayət qədər çoxdur. Bu səbəbdən həmin müəssisənin minimum standartlara uyğun olaraq soyutma vasitələri ilə təcili şəkildə təmin olunması zəruridir”.

Valideynlər, həmçinin bu problemə müvəqqəti həll yolu da təklif edirlər:“Hər gün axşam bağçadan gələn uşağı tər içində, yorğun görmək bizi ciddi narahat edir. Ən azından müvəqqəti olaraq uşaqların gün ərzində musiqi otağı kimi kondisionerli yerlərdə qalmasına şərait yaradılmalıdır”.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun olaraq normada saxlanılır: “Temperaturun normadan artıq olduğu hallarda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir. Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır”.


Geri qayıt