Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumları avtomobilləri kimdən alırlar?

Dövlət qurumları avtomobilləri kimdən alırlar?


Bu gün, 04:45

Azərbaycanda dövlət satınalmalarının bir hissəsiin də avtomobillər tutur.

"DİA-AZ" xəbər verir ki, 2025-ci ilin əvvəlindən bu günə qədər avtomobillərin satın alınması üzrə ümumilikdə 36 tender keçirilib və onların dəyəri 17 milyon manatı keçib. Bu tenderlər çərçivəsində dövlət qurumlarına cəmi 206 ədəd avtomobil təhvil verilib.

Bu ilin nəticələrinə görə, ən çox tender udan şirkət “Azərmaş Park” MMC (VÖEN: 1404629451) olub. Şirkət 9 tenderin qalibi olub və ümumi məbləği 1 523 650 AZN dəyərində müqavilələr imzalayıb.

«Azərmaş Park» MMC Azərbaycanın digər ölkələrlə birgə avtomobil istehsalını təşkil edir. Məsələn, Neftçala Sənaye Məhəlləsində İranla birlikdə «Xəzər» avtomobilləri, eləcə də Hacıqabul sənaye məhəlləsində Rusiya ilə «Qazel» avtomobillərinin və Özbəkistanla «Chemlolet» maşınlarının istehsalı ilə «Azərmaş Park» MMC məşğuldur.

Qeyd edək ki, “Azərmaş Park” MMC şirkəti 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Hüseynov Adil oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, M8 ünvanında yerləşir.

Siyahıda ikinci yeri dörd şirkət bölüşür, hər biri 4 tenderdə qalib gəlib. “Auto Azərbaycan” MMC-nin (VÖEN: 1500040601) qazandığı tenderlərin ümumi dəyəri 2 862 085 AZN-dir, “Yenimotor” MMC (VÖEN: 1400531391) isə 1 482 900 AZN-lik sifarişlər alıb.

Qeyd edək ki, “Auto Azərbaycan” MMC – Azərbaycanda «Hyundai» və «Mersedes» avtomobillərinin satışı ilə məşğuldur. Şirkət 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 milyon 352 min AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 118 ünvanında yerləşir.

Qeyd edək ki, “Yenimotor” MMC şirkəti Azərbayanda «Honda», «Mitsubişi» və «Subaru» maşınlarının satışı ilə məşğuldur. Şirkət 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Nəsirov Fikrət oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ünvanında yerləşir.

Azərbaycanda dövlət qurumlarının tenderlərində «Toyota» maşınları da çox alınır. Bu işlə «Toyota»nın yerli distribütorları məşğul olur. Belə ki, “Toyota Abşeron Center” MMC (VÖEN: 3101648411) ümumi məbləği 710 400 AZN, “Toyota”-Bakı Mərkəzi MMC (VÖEN: 2000568681) isə məbləği 683 400 AZN dəyərində 4 tenderin qalibi seçilib.

Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-cı km ünvanında yerləşir.

Qeyd edək ki, “Toyota”-Bakı Mərkəzi MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Pərviz Qafarli Mahmud oğludur. Hüquqi ünvanı, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 26 ünvanında yerləşir.

Bundan başqa, “Prolink Caspian” MMC (VÖEN: 1700545511) 2 tenderlə 595 724 AZN, “Lexus-Bakı” MMC isə 2 tenderlə 566 100 AZN məbləğində müqavilələr əldə edib.

Qeyd edək ki, “Prolink Caspian” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüqar Dəmirov Balakişi oğludur. Hüquqi ünvanı, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 48, mənzil 8 ünvanında yerləşir.


Geri qayıt