Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA

ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA


Bu gün, 04:31

Ev Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən dövlət və hökumət başçılarının siyahısını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.

Namizədliyi dəstəkləyənlər arasında:

Prezident İlham Əliyev — Azərbaycan

Baş nazir Nikol Paşinyan — Ermənistan

Baş nazir Hun Mane — Kamboca

Prezident Brice Oliqui Nguema — Qabon

Baş nazir Benyamin Netanyahu — İsrail

Pakistan hökuməti

Xarici işlər naziri Olivier Nduhungirehe — Ruanda

Ağ Ev Trampın Nobel Sülh Mükafatına təqdim edilməsini onun qlobal sabitlik, diplomatiya və münaqişələrin həlli istiqamətində göstərdiyi təşəbbüslərlə əlaqələndirib.

Xatırladaq ki, Nobel Sülh Mükafatı qalibi bu ilin oktyabr ayında Norveçdə elan olunacaq və mükafat dekabrda Osloda təqdim ediləcək. Mükafata dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ictimai xadimlər və təşkilatlar namizəd göstərilib.


Geri qayıt