Əsas Səhifə > Ana xəbər / Güney Press > Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmir
Ukraynadan açıqlama: Moskva artıq Bakıya diktə edə bilmirBu gün, 09:39 |
Rusiya təbliğatı sərt anti-Azərbaycan ritorikasının yeni dalğasını başladıb. Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, Kremlin təbliğatçıları Azərbaycanın ünvanına “Qərbə xəyanət” ittihamlarından tutmuş birbaşa müharibə hədələrinə qədər ən müxtəlif hədyanlar səsləndirirlər. Mərkəz qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Ukraynanın Odessa vilayətindəki SOCAR-ın neft bazasına və Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına zərbələr endirdikdən sonra Ukraynaya humanitar yardım üçün 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması ilə bağlı imzaladığı sərəncamla bağlı bəyanatı olub. Vəsait Azərbaycanın elektrik avadanlıqlarının alınıb Ukraynaya çatdırılmasına sərf olunacaq. Məlumatda vurğulanıb ki, Kreml mediasının bu cür isterik reaksiyası Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını itirdiyini başa düşməsi ilə izah olunur. “Moskva artıq Azərbaycana siyasi-iqtisadi iradəsini diktə edə bilməz. Ona görə də təbliğat real təzyiq rıçaqlarının itirilməsini təhdidlər, faktların təhrif edilməsi və yerli rus auditoriyası üçün şişirdilmiş hərbi ritorika ilə kompensasiya etməyə çalışır”, - mərkəz bildirib. Mərkəz həmçinin əlavə edib ki, Bakı ardıcıl olaraq Rusiyanın təsir dairəsindən uzaqlaşma siyasəti yürüdür və Kremlin təbliğatına qarşı mübarizəni gücləndirir. Xatırladılıb ki, Azərbaycanda “Rossotrudniçestvo”nun himayəsi altında fəaliyyət göstərən və Kremlin maraqlarını təbliğ edən “Rus Evi” Moskvanın hədyanlarından sonra bağlanıb: “Azərbaycan hakimiyyəti Rusiyanın bir sıra təbliğat vasitələrinin fəaliyyətini də məhdudlaşdırıb”. Geri qayıt |