Əsas Səhifə > Ana xəbər / Güney Press > Əsgər Bəkiyevin intiharının detalları
Əsgər Bəkiyevin intiharının detallarıBu gün, 10:09 |
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməyinin təfərrüatı məlum olub. “DİA-AZ” Musavat.com-a istinadən xəbər verir ki, əsgərin cibindən çıxan məktubda yazılırmış: “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”. İstintaqla müəyyən edilib ki, Bəkiyev zastava rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd edib. Baş leytenant barəsində açılan cinayət işi zamanı müəyyən edilib ki, təkcə Bəkiyev yox, bir neçə əsgər zabitin qanunsuz hərəkətlərinin qurbanı olub. Belə ki, əsgərlər arasında soyuq su içən, əlindən qələm düşən, sıra baxışında kiçik də olsa, səhv edən əsgərlər baş leytenant tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.
Mərhum intiharında bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bəkiyev yol verdiyi nöqsanlara görə komandir tərəfindən təhqirlərə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Səbəb kimi rabitə vasitələrinin üzlüklərinin olmamasını, icazəsiz yeməkxanaya getməsini əsas gətirən komandir onun ünvanına nalayiq ifadələr işlədib. Bununla kifayətlənməyən komandir Kənanın əsgər yoldaşının doğum günü şənliyini yarıda saxlayıb və tortun kəsilməsinə icazə verməyib. Həmçinin Bəkiyevin xidmətdə olduğu otaqdakı oturacağı da götürərək onu cəzalandırıb ki, xidmət zamanı ayaq üstə dayansın. Bütün bunlar Kənanın intihar qərarı verməsinə səbəb olub. Yazdığı məktubu cibinə qoyan əsgər zastava gözətçisi xidmətində olan yoldaşının yanına gedib. Əsgər yoldaşına silahı zastava rəisinin istədiyini deyərək ondan alıb. Bəkiyev götürdüyü silahla çənə nahiyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub. Baş leytenanat məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. Geri qayıt |