Əsas Səhifə > Ana xəbər / Güney Press > BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR...
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR...Dünən, 11:38 |
Zatən bu iki ölkə sülh niyyətində olduqlarını dəfələrlə bəyan ediblər və hətta Sülh Müqaviləsinin mətnini fə razılaşdırıblar. Bu görüşün əhəmiyyəti haqqında danışılan Sülh Müqaviləsindən daha böyükdür, daha geniş qlobal məzmun daşıyır və Trampın özünün də dediyi kimi, bütün dünyaya faydası var. Zənnimcə görüşün ən böyük əhəmiyyəti SSRİ- nin süqutundan sonra siyasi-diplomatik leksikaya gətirilmiş “post-sovet məkanı” anlayışını və bu anlayışın arxasında gizlədilən Rusiyanın neo- imperialist siyasətini məhv etməsidir. “Post-sovet məkanı” anlayışı sanki Rusiyanın milli ideologiyasını təşkil edirdi və bu ərazilərdə öz hegemonluğunu şəriksiz olaraq davam etdirməyi özünün haqqı hesab edirdi və Rusiyada hələ də belə düşünürlər. Lakin ABŞ - nin və şəxsən prezident Trampın iradəsi ilə bu monopoliyaya son qoyuldu. Rusiyanın 300 illik imperiya siyasəti tarixinin ən böyük sınma anına gəlib çatdı. Bu hadisədən sonra Rusiya Putinin arzuladığı kimi “ daim genişlənməyə” yox, hətta öz içində kiçilməyə başlayır. Cavanşir Feyziyev - millət vəkili "DİA-AZ" Geri qayıt |