Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin, Makron, mollalar...

Putin, Makron, mollalar...


Bu gün, 09:20

"Bu gün imzalanan sənəd təkcə Azərbaycanın deyil, şəxsən cənab İlham Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin möhtəşəm tarixi nailiyyətidir. Prezident Əliyev bir daha sübut etdi ki, dediyi hər sözü gerçəkləşdirmək gücünə malikdir. O, Zəngəzura maneəsiz keçidi təmin edərək, bölgənin strateji xəritəsini yenidən cızdı".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, sülh müqaviləsinin mətni hər kəsin diqqətini cəlb edir:

"Makronun dediyi olmadı, ATƏT - in Minsk Qrupu ləğv edilir. Mollaların dediyi olmadı, Zəngəzur dəhlizi açılır. Putin dediyi olmadı, Azərbaycan və Ermənistan ABŞ ilə strateji əməkdaşlıq səviyyəsində münasibət qurdu.

İlham Əliyevin dediyi hər söz, qoyduğu hər hədəf gerçək oldu. O, bunu bacardı – həm də bütün dünyaya Azərbaycanın qətiyyətini, gücünü və qalib mövqeyini bir daha göstərdi".

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqton tarixi bir hadisəyə şahidlik edib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə keçirilən yüksək səviyyəli görüşün yekununda dünya ictimaiyyətinə mühüm mesaj verən birgə bəyannaməyə imza atıblar. Bu sənəd, təkcə iki ölkə arasında onilliklər davam edən gərginliyə son qoymaq baxımından deyil, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyənləşdirəcək strateji sənəd kimi tarixə düşüb.


Geri qayıt