Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edibBu gün, 11:22 |
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib. "DİA-AZ" AMB-yə istinadən xəbər verir ki, bu, Bəhruz Balayevdir. O, 1983-cü ildə Lənkəranda anadan olub, 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr dərəcəsində bitirib, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr təhsili alıb, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb, 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib, 2014-cü ildə Prezident yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi əldə edib.
O, AMB-də fəaliyyətə ötən il iyulun 1-dən Sədrin ofisi departamentində məsləhətçi vəzifəsi ilə başlayıb. Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb. Geri qayıt |