Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu ermənini Qarabağa KİM BURAXIB AXI?..
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?..Bu gün, 08:55 |
Çox sevindirici haldır ki, Qarabağ erməni işğalından azad olub. Hətta orada yuxumuza da girməyən hadisə, tədbir və yeniliklər də baş verir.
Məsələn, İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu! Düzdür, media kapitanı olmadığıma görə, "əməkdar", "tərəqqi" , fəxri fərman sahibi deyiləm deyə o müdhiş tədbirə dəvət olunmadım!
Amma Allah şahiddir ki, o qədər sevindim ki... Ta ki, tanınmış politoloq Ramiz Yunusu o forumda görənə qədər!
"Tərəqqi" medalı ilə yenicə təltif edilmiş, tanınmış jurnalist Elçin Alıoğlunun 2019-cu ildə Ramiz Yunus haqqında yazdığı məqaləni zibil edib qoydular orda. Elçin bəy də məqaləsində dünyada aşağılayıcı bildiyi bütün sözləri bu politoloqun ünvanına yazmışdı:
1.Ə.Elçibəy demişdi: "Pənah bəy, nə edirsən et, amma o adamı bir də görmək istəmirəm. Rədd eləyin o qurumsağı buradan!"
2.Hikmət Hacızadə dəqiq "xasiyyətnamə" vermişdi: "Bu yaramaz telefon, nömrə alverçisidir!"
3.Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Ramiz Yunus barədə dedikləri də məlumdur: "Ramiz Yunus qanacaqsız, cılız varlıqdır. O, Əlikrəm Hümbətovun tulası olub. Onu indi danışdıranlar var. Ə, yeri get ağlını yığ başına, ailənə yiyəlik elə, ayıbına kor ol! Belə qanı qanımızdan olan məxluqlara fikir vermirəm"
Sonrada Elçin müəllimin ürəyi soyumur, sənəd, fakt ortaya qoyaraq Ramiz Yunusun anasının Arşaluys Arsenovna Barseqyanın əslən Martuni rayonunda doğulduğunu, sonra Bakı şəhəri Nərimanov rayonunda yaşadığını yazır. Konkret deyir ki, ermənidirlər:"Azərbaycanın sabiq Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsinin əməkdaşı olmuş Ramiz Yunus sovet dönəmində Yəmənə xidməti ezamiyyətə göndərilir. Neftçıxarma sahəsində mütəxəssis və eyni zamanda SSRİ Geologiya Nazirliyinin ezam etdiyi əməkdaş kimi o, Yəməndə erməni Gevorq Qabrielyanın "buyruq qulu" kimi çalışıb".
"Sumqayıtda ermənilər qırğın törədəndə "vəhşi azərbaycanlılar"ı pisləyən və söyən Ramiz Yunus Yəməndə işlədiyi müddətdə soydaşlarından uzaq durur, həmişə ermənilərlə ünsiyyətə üstünlük verirdi".
"Həmin dönəmi xatırlayıram: Ramiz Yunus parlament binasında gün eynəyini çıxarmadan dolaşırdı və bu səbəbdən onu jurnalistlər "əyalət mafiozu" adlandırırdılar."
Novella xanım Cəfəroğlu 2013-cü ildə belə bir açıqlama da vermişdi: "Ramiz Yunus kimi gədələr və onun gəlini Leyla Yunus Azərbaycanı heç vaxt sevməyiblər".
Haqq üçünə deyək ki, Ramiz Yunus haqqında ən maraq məqalə də sia.az- da gedib: "Ramis Yunus – erməni vələdüzzinası, yaxud haramzadəsi FAKT"
Daha sonra Əməkdar jurnalist Eynulla Fətullayevin araşdırmasına görə isə, Yunusun yaxın qohumları indiyə qədər Ermənistanda, Dağlıq Qarabağda, Rusiyada yaşayır: “ Məsələn, R. Yunusun əmisi- Suren Barseqyan ölənə qədər ermənilərin işğal etdiyi Şuşa şəhərində yaşayıb. Onun uşaqları, yəni Yunusun əmisi uşaqları Arsen, Erik, Armen, “Surik əminin” arvadı Kamella və qızı indiyə qədər erməni işğalı altındakı Şuşa şəhərində sakit həyat sürür. İki xalası - Nadya Gevorkyan və Siran Barseqyan əri Qrişa ilə bu yaxın zamana qədər Rusiyanın Krasnodar vilayətinin ermənilərlə bol olan Armovir şəhərində yaşayıb".
Hələ Afiq Hüseynov adlı bir soydaşımız bir neçə il əvvəl öz sosial şəbəkə hesabında yazmışdı ki, 1988-ci il hadisələri başlayanda Ramiz Yunus Hidrogeologiya idarəsində erməni dilində danışaraq, azərbaycanlıları təhqir edirdi.
Uzun sözün qısası, sizə burda sadaladığım bütün faktlar 2016-cı ildən 2024-cü ilə qədər Azərbaycan mediasını təmsil edən bütün sayt və qəzetlərdə baş məqalə olub. Bütün kapitanlar, mirzələr bu məqalələri dəfələrlə oxuyub, qiyabi olaraq Ramiz Yunusun üzünə tüpürüb.
İndi ay hörmətli media kapitanları, "əməkdar"lar, "Qızıl qələm" , "Media açarı" , "Həsən bəy Zərdabi mükafatı", Ali Media Mükafatı və sair müxtəlif media mükafatlarının daşıyıcıları, birinizin cəsarətiniz çatmadı ki, Ramiz Yunusun müqəddəs məkanda - Şuşada nə gəzdiyini soruşasınız...
Ay sizin vətənşüvənliyiniz yerə girsin....
Əntiqə Rəşid Aslan - "DİA-AZ"
Geri qayıt |