Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər udduBu gün, 15:35 |
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ ümumi məbləği 6 milyon manata yaxın olan beş tenderə yekun vurub. "DİA-AZ" xəbər verir ki, bu tenderlərdən dördünün qalibi “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1405307691) olub.Şirkət Xocavənd rayonunun Tuğ yaşayış məntəqəsinin işçi layihələrinə dəyişikliklər üçün 1.304.166 manat, Hadrut yaşayış məntəqəsi üzrə layihə dəyişiklikləri üçün 1.662.043 manat, Füzuli şəhərində inzibati binanın layihə yenilənməsi üçün 1.361.953 manat və Ağdam şəhərinin inzibati ərazisindəki bina kompleksi və şəhər meydanı ilə bağlı dəyişikliklər üçün 1.043.624 manat məbləğində sifariş alıb. Qeyd edək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı əvvəlki illərdə də müxtəlif tenderlərin qalibi olub. Belə ki, 2025-ci ilin iyul ayında şirkət Ağdam şəhərində 5-ci faza üzrə yaşayış məhəllələrinin tikintisinə müəllif nəzarəti xidmətini göstərmək üçün Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ ilə 350.956 manatlıq müqavilə imzalayıb. Bundan öncə, 2022-ci ilin aprelində isə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə iki iri müqavilə bağlayıb: biri Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpası üzrə şəhərsalma əsaslandırmasının hazırlanması işlərinə görə 2.242.000 manat, digəri isə Tuğ kəndi və ətraf kəndlər üzrə bənzər işlər üçün 2.124.000 manat təşkil edib. Beşinci tenderin qalibi isə “Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC (VÖEN: 1403196411) seçilib. Şirkət Füzuli və Ağdam rayonlarında tədbirlərin təşkili xidmətlərini həyata keçirmək üçün 319.488 manatlıq müqavilə bağlayıb. Bütün bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Qeyd edək ki, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ahmet Hakan Turan adlı şəxsdir. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, məhəllə 747, mənzil 1/2 ünvanında yerləşir. Qeyd edək ki, “Reklamda Özünü Tənzimləmə Agentliyi” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Afaq Quliyeva Şükür qızıdır. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 24 ünvanında yerləşir. Geri qayıt |