Əsas Səhifə > Ana xəbər / Güney Press > İran “Müdafiə Şurası”nı niyə yaradıb?

İran “Müdafiə Şurası”nı niyə yaradıb?


Bu gün, 11:28

Xəbər verilidiyi kimi, İranda “Müdafiə Şurası”nın yaradılması artıq təsdiqlənib.

Tribunainfo.az xəbər verir ki, məqsəd ölkənin müdafiə qabiliyyətini gücləndirmək, hərbi koordinasiyanı artırmaq və strateji təhlükəsizlik siyasətlərini formalaşdırmaqdır.
Bildirək ki, yeni yaradılacaq şuranın strukturuna prezident rəhbərlik edəcək. Katib vəzifəsinə isə Silahlı Qüvvələrin nümayəndəsinin təyin olunacağı gözlənilir. Şuranın tərkibinə hakimiyyətin üç qolunun rəhbərləri, ali rəhbərin Təhlükəsizlik Şurasındakı iki nümayəndəsi, kəşfiyyat naziri, Baş Qərargah rəisi, SEPAH komandanı, ordunun baş komandanı və “Xatəm əl-Ənbiya” Qərargahının başçısı daxildir.


Məsələni Tribunainfo.az üçün şərh edən ekspert Fikrət Fəraməzoğlu bildirib ki, bu 12 günlük müharibədən sonra İran rejiminin gəldiyi nəticənin göstəricisidir. Onun sözlərinə görə, İsraillə savaşda SEPAH-ın heç bir işə yaramadığı üzə çıxdı. “12 günlük müharibədən sonra İrandakı rejim anladı ki, ideoloji şəxslərdən təşkil olunmuş, hərbi sahədən xəbəri olmayanların təmsil olunduğu SEPAH ölkəni qorumaq gücündə deyil. Ona görə də, alternativ addımlar barədə düşünməyə başladılar”.
Fəraməzoğlu qeyd edib ki, Müdafiə Şurasının yaradılması, həm də SEPAH-a olan etimadsızlığın göstöəricisidir. Onun sözlərinə görə, Tehran rejimi yaxın gələcəkdə SEPAH-ın Müdafiə Nazirliyinə qismən də olsa tabe edilməsi prosesinə gedəcək. “Çünki başqa yolları yoxdur. İran 12 günlük müharibədə məhz Müdafə Nazirliyinin müdaxiləsi nəticəsində İsrailə qarşı müdafiə oluna bildi. Əks halda İsrail İranda daha ciddi nəticələrə nail olacaqdı”.
Siyasi ekspert onu da qeyd edib ki, İrandakı molla rejimi bəzi dəyişiklilərə gedilməsinin vacib olduğunu anlayıb. “İrandakı rejim artıq anlayır ki, bəzi məsələlərdə ciddi islahatlara ehtiyac var. Onlar artıq əvvəlki kimi idarəetmənin işə yaramadığının da fərqindədir. Lakin bunu açıq şəkildə edə bilmirlər. Çünki daxildə radikal qruplar var ki, onların müqavimətindən çəkinirlər. Hərçənd Pezeşkian mümkün qədər bəzi açılımları elan etməyə, tənqidi fikirlər səsləndirməyə başlayıb. Amma bunun əhatə dairəsinin genişlənəcəyi də istisna deyil”.


Geri qayıt