Əsas Səhifə > Ana xəbər / Güney Press > Problem həll olunsa da, sakinlər güvənmir...

Problem həll olunsa da, sakinlər güvənmir...


31-07-2025, 11:11

Şərur rayon Axamət kəndində keyfiyyətsiz tikilən kanaldan sızan suyun həyətləri basaraq, əkinlərə ziyan verdiyi haqda məlumat ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar problemə reaksiya veriblər. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, problem işıqlandırıldıqdan bir gün sonra kanalın təmir olunması üçün kəndə işçi qüvvəsi göndərilib:
„Su, betonlar arasındakı birləşmələrdən sızırdı. Kanalı tikərkən başdan sovdu eləmişdilər. Məsələ ictimailəşəndən bir gün sonra gəlib, sementlə araları bərkitdilər. Hələlik su sızmır. Ancaq, eyni idarənin gördüyü işə də güvənmirik. Ümid edirik ki, belə də davam edəcək. Görək, necə olacaq.“

Geri qayıt