Əsas Səhifə > Ana xəbər / Güney Press > "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlarDünən, 05:34 |
Uşaq məktəbi bitirən ərəfədə valideynin xərci qatlanaraq artır. Gül alırsan, lent alırsan, köynək alırsan. Bununla bitsə, nə yaxşı. Fotosessiyası, qrup şəklində rayon gəzintisi... Hələ bu harasıdır?! Müəlliməsi, direktoru... 1 uşağı olan 1 aylıq maaşı tam səpələyir. 2 və daha çox uşağı olan məktəb üçün işləyir, maaşı başqa yerdən alır. Görünən belədir. Elə acı reallıq da... "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar. Məktəbə təhsil ocağı yox, təhsil bazarı deyək. Ocağına isinmədik, bazarı əl yandırır... Geri qayıt |