Əsas Səhifə > Ana xəbər / Güney Press > Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir

Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir


Dünən, 16:37

Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, tenderə əsasən, P.Qəribov, S.Mehmandarov, Q.Nəbi və Aşıq Şakir küçələrində təmir işləri həyata keçiriləcək. Bu işləri görəcək qalib şirkət “Muğan-KİTT” MMC (VÖEN: 8100068181) olub.

Şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 435 098 AZN təşkil edir.

Qeyd edək ki, “Muğan-KİTT” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vəfa Paşayev Mehti oğludur. Hüquqi ünvanı AZ2415, Hacıqabul rayonu, Muğan ŞTQ, Muğan qəsəbəsi ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyil , lakin 2 523.39 AZN dəyərində vergi borcu var.


Geri qayıt