Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib

Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib


Bu gün, 12:18

Elxan Bəşirov Qalib oğlu “Umid Babek Operating Company” əməliyyat şirkətinin Baş Direktoru (Filial Direktoru) vəzifəsinə təyin olunub.

Banker.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

O bu vəzifədə Rəhim Cavadov Cavad oğlunu əvəz edib.

Elxan Bəşirov enerji sektorunda 20 illik qlobal təcrübəyə malikdir və bu müddət ərzində BP şirkətində əməliyyatlar, strategiya və mürəkkəb birgə müəssisələr sahəsində yüksək rəhbər vəzifələrdə çalışmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, o, dünyanın ən böyük neft yataqlarından biri olan İraqdakı Rumeylə neft yatağında Əməliyyatlar Meneceri vəzifəsində çalışmış, burada çoxmillətli komandaya rəhbərlik etmiş və gündə 950 000 bareldən çox hasilata nəzarət edib.


Geri qayıt