Məlum olduğu kimi, dünyanın ən böyük video paylaşım platforması olan “YouTube”də kanallar müxtəlif tematik kateqoriyalar üzrə qeydiyyata alınır. Yeniavaz.com xəbər verir ki, bu kateqoriyalar izləyicilərin kanalları daha asan tapmasına, həmçinin “YouTube” alqoritminin onları düzgün tanımasına imkan verir. Qeyd edək ki, “YouTube”un ən populiyar kateqoriyalarına “Musiqi” (“Music”), “Əyləncə” (“Entertainment”), “Şəxsi bloqlar” (People & Blogs), “Oyunlar” (“Gaming”), “Təhsil” (“Education”), “Xəbərlər və siyasət” (“News & Politics”) kimi kateqoriyalar başçılıq edir. Kanalların statistikalarını izləməyə və analiz etməyə imkan verən ən nüfuzlu analitik platformalardan biri olan “SocialBlade”in məlumatına görə, “YouTube”un Azərbaycan seqmentində “Xəbərlər və Siyasət” (“News & Politics”) kateqoriyası üzrə qeydiyyata alınan və ən çox izləyicizi (abunəçi sayı) olan kanal “İctimai TV” hesab olunur. “İctimai TV”nin 1,47 milyon abunəçisi var. “İctimai TV”ni 1,32 milyon abunəçi ilə “CBC TV Azerbaijan”, 1,29 milyon abunəçisi ilə isə “Baku TV” izləyir. İlk beşliyi tamamlayan digər kanallar isə “Baku TV | RU” (1,17 milyon) və “AzadliqRadiosu” (861 min) olub. Ən çox izləyicisi olan kanalların ilk 10-luğunda həmçinin “Xəzər Xəbər”, “AZTV”, “BBC News Azərbaycanca”, “Kanal13 XƏBƏR” və “Xəbər Zamanı” kanalları yer alıb. Onu da bildirək ki, siyahıya daxil olan bəzi kanallar televiziya platformasından kənar fəaliyyət göstərən müstəqil media qurumları və şəxsi bloq formatlı xəbər platformalarıdır. Məsələn, “Nail Kemerli”, “Nargul Cavadkanal” və “Orxan Sirinli ŞO TV” kimi fərdi kanallar da on minlərlə izləyici toplayaraq “Xəbərlər və Siyasət” kateqoriyasında ilk yüzlüyə daxil olublar. “YouTube”un Azərbaycan seqmentində “Xəbərlər və Siyasət” (“News & Politics”) kateqoriyası üzrə qeydiyyata alınan və ən çox izləyicizi (abunəçi sayı) olan 100 kanalı və onların izləyici sayını təqdim edirik: İCTİMAİ TV - 1,47 milyon CBC TV Azerbaijan - 1,32 milyon Baku TV - 1,29 milyon Baku TV | RU - 1,17 milyon AzadliqRadiosu - 861 min Nail Kemerli - 749 min Xəzər Xəbər - 676 min AZTV - 558 min BBC News Azərbaycanca - 485 min Kanal13 XƏBƏR - 485 min Xəbər Zamanı - 461 min ARB24 - 456 min Tv Musavat - 428 min Reaksiya TV - 421 min Xəbər Bələdcisi - 421 min İşıqlı Həyat - 400 min Media Turk TV - 354 min Xətib Tv - 322 min LAF TV - 303 min Kanal S - 279 min Xural TV - 272 min Operativ TV - 265 min Xəbərin Dalğası - 263 min BUDROOO NEWS - 253 min Sağlam Gələcək - 247 min Orxan Sirinli ŞO TV - 245 min REAL TV - 220 min ATV News - 216 min Xebersiz Qalma - 215 min SƏS TV - 210 min TV8 - 194 min AStar - 183 min Xeberdar OL! - 179 min AZERTAC - 175 min info xəbər - 172 min Milli News - 166 min Teleqraf TV - 163 min Fuad Abbasov-MİSRA TV - 159 min Trend Xəbər - 156 min Humor Harbor - 154 min Xəbər Az - 154 min Vüsal Məmmədzadə - 152 min PrimeTime. Az - 149 min Nargul Cavadkanal - 146 min Interesting informations - 145 min Milli Xəbər - 145 min Mehdi Hesenli - 144 min Tarix - 141 min Prime TV Azerbaijan - 139 min Azərbaycan Respublikası Müdafiə Nazirliyi - 130 min Xan TV - 129 min Azadliq qezeti - 127 min Azerbaijan TV - 127 min Natiq Adilov - 121 min Qərbi Azərbaycan TV - 121 min 24 İNFO - 120 min Bumerang Media - 119 min Korrupsiyaya YOX - 114 min Report AZ - 114 min X - FAKTLAR - 100 min Yeni Avaz TV - 99,7 min News24az - 98,2 min Toplum TV - 97,4 min Amerikanın Səsi - 94,4 min iki sahil TV - 93 min Publika TV - 88,2 min Azer Protime - 84 min YO Media - 83,9 min presidentaz - 83,8 min Aran TV - 83,5 min Gizemli Tarih ve İlginç Bilgiler - 83,5 min TV 365 - 80,9 min Hesab bağlandı - 79,6 min MediaPost TV - 78,4 min Femina TV - 77,1 min ARB24 XƏBƏR - 71,7 min Qarabağ İnformasiya Agentliyi - 71,7 min İNQİLAB TV AZƏRBAYCAN - 69,1 min Maraqlı Videolar - 68,4 min АЗЕРТАДЖ Новости - 66,9 min Parlaq Xeber - 66,3 min Sedoy - 66 min İnvest Akademiya - 66 min HƏDƏF TV - 65,9 min AzVision. Az - 63,7 min ARB Cenub - 60,9 min xeber var - 59,3 min AĞTV Media - 58,6 min Portağal Media - 58,5 min SƏDA TV - 57,3 min Sitat TV - 55,4 min ELTV - 55 min Təmas xətti - 54,3 min Qafqaz TV - 54,3 min Lent Az - 53,6 min EDNews-TV - 53,4 min YardimlaraDestek - 53,1 min Azxeber TV - 52,9 min Ruslan Nəzərov - 52,3 min İqbal Ağa-zadə - 51,7 min
Geri qayıt
|