Əsas Səhifə > Ana xəbər / Güney Press > Azər Türk Bankın rəhbərliyində təyinat olub
Azər Türk Bankın rəhbərliyində təyinat olubDünən, 10:54 |
“Azər Türk Bank”ın (ATB) rəhbərliyinə daha bir təyinat olub. Ülvi Yusifov dövlət bankının İdarə Heyətinə yeni üzv seçilib. Bununla da ATB-nin idarə heyətinin tərkibi sədr Orxan Hüseynovla birlikdə 5 nəfərdən ibarət olub. Qeyd edək ki, Ülvi Yusifov 2008-ci ildən Azərbaycan Mərkəzi Bankında fəaliyyətə başlayıb. Bank sektorunda müxtəlif sahələrdə çalışıb. 2017-ci ildən “Bank of Baku”da departament direktoru, 2022-ci ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı təyin edilmişdi. Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i “Ziraat Bank Azərbaycan”a, 1,08%-i “ Ziraat Bank International”a, 6,55%-i “AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i isə “Qala Həyat” sığorta şirkətinə aiddir. APA.az Geri qayıt |