Əsas Səhifə > Ana xəbər / Güney Press > Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu

Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu


Bu gün, 08:58

Müdafiə Nazirliyinin tabeliyindəki “Aqreqat İstehsalat Birliyi” MMC tərəfindən elan olunmuş xidməti nəqliyyat vasitələrinin satınalınmasına dair tender proseduru ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, ləğv edilməyə səbəb olaraq, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə istinad edilib. Qanuna əsasən, tenderin baş tutması üçün minimum üç uyğun təklifin olması tələb olunur. Bu halda isə təklif təqdim etmiş və lisenziyaya malik olan iştirakçıların sayı üçdən az olub.

75 700 manat dəyərində nəzərdə tutulmuş tenderin müsabiqəsi 19 iyun 2025-ci il tarixində dərc edilmişdi. Təkliflərin qəbulu və zərflərin açılışı isə 14 iyul 2025-ci il tarixində baş tutmalı idi.

Tender prosedurunun gələcəkdə yenidən elan olunub-olunmayacağı barədə hələlik məlumat verilməyib.


Geri qayıt