Əsas Səhifə > Ana xəbər / Güney Press > Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan…

Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan…


Dünən, 06:06

Azərbaycanda on minlərlə insan illərlə kredit faizlərini ödəsə də, əsas borcu bağlamağa çətinlik çəkir. Xüsusilə bankların təqdim etdiyi yüksək faizli kart limitləri və istehlak kreditləri zamanla vətəndaşları borc bataqlığına sürükləyir.

Bəs borclular hansı hüquqi mexanizmlərlə özlərini qoruya bilər? Banklar niyə real ödəniş qabiliyyəti olan vətəndaşa uyğun kredit modeli tətbiq etmir? Məsələnin kökü haradadır?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənovun fikrincə, problemin əsas səbəbi faizlərin yüksək olmasıdır:

“Banklar maliyyə vasitəçisidir. Bir qayda olaraq, onlar kredit kimi öz pullarını vermir, vəsaiti əmanətçilərdən cəlb edirlər – özü də bəzən 12 faiz və daha yuxarı ilə. Eyni zamanda, Mərkəzi Bank və digər mənbələrdən də borc alırlar. Nəticədə, müştəriyə verilən kreditə bu faiz xərcləri, əlavə risklər və bankın digər xərcləri də daxil edilir”.

Əkrəm Həsənov qeyd edir ki, bankların inzibati və əməliyyat xərcləri də nəzərə alınmalıdır:

Bank bina icarəsi, işçi maaşları, dəftərxana, kommunal və digər xərcləri ödəyir. Bunların hamısı ümumi faiz dərəcəsinə təsir göstərir. Üstəlik, bank riskləri də qiymətə əlavə edir. Sabah müştəri krediti qaytarmasa, o itkiləri qarşılamaq lazımdır. Nəhayət, bank qazanc da əldə etməlidir. Bu, biznesdir”.

Ekspert bildirir ki, vətəndaşlar tez-tez Avropa ilə müqayisə apararaq Azərbaycanda faizlərin yüksək olmasından şikayət edirlər, lakin burada fərqli bir iqtisadi reallıq mövcuddur:

“Avropada həm kredit, həm də əmanət faizləri aşağıdır. Bizdə isə əmanət faizləri yüksək olduğu üçün banklar da aşağı faizlə kredit verə bilmir. Əgər əmanət faizləri aşağı düşsə, çox ehtimal ki, insanlar pullarını banklardan çıxaracaq və bu da bank sektoru üçün riskdir”.

Əkrəm Həsənovun fikrincə, vətəndaşlar bu reallığı nəzərə alaraq, imkan daxil


Geri qayıt