Əsas Səhifə > Ana xəbər / Güney Press > “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi17-07-2025, 12:03 |
Bakıda badam bağları salan iri şirkətin rəhbəri dəyişib. Banker.az-ın məlumatına görə, “Azbadam” MMC-yə təyin olunan yeni rəhbər Mətin Əmiraslanov Əmiraslan oğludur. Ona qədər bu vəzifədə Rövşən Cəfərov Eldar oğlu idi. Qeyd edək ki, Mətin Əmiraslanov Əmiraslanov oğlu ötən il “AzRose” MMC-yə direktor təyin edilmişdir. Xatırladaq ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. Şirkətin nizamnamə kapitalı 25 700 005 manatdır. Geri qayıt |