Əsas Səhifə > Ana xəbər / Güney Press > DSX generalı vəzifədən azad edilib?
DSX generalı vəzifədən azad edilib?Bu gün, 12:13 |
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyevin vəzifədən azad edilməsi barədə bəzi sosial şəbəkə hesablarında yayılan iddialar əsassızdır. Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib. Qeyd edək ki, İlham Mehdiyev şərəfli tərcümeyi-hala malikdir. İlham İsmayıl oğlu Mehdiyev 2 avqust 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb. 1987–1991-ci illərdə Sovet ordusunda Hava-Desant Qoşunlarında xidmət edib. 2003-cü ildə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsi ona həvalə olunub. 2020-ci ildə, Qarabağ müharibəsi başlayarkən o, artıq Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi. 2002-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2007-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2012-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə “İgidliyə görə” medalı, 2019-cu ildə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 16 avqust 2016-cı ildə “general-leytenant” hərbi rütbəsi alıb. İlham Mehdiyev İkinci Qarabağ savaşında göstərdiyi igidliklərə görə Vətən Müharibəsi Qəhrəmanı adı alıb. Geri qayıt |