Əsas Səhifə > Ana xəbər / Güney Press > Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib
Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyibBu gün, 11:10 |
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov prezident İlham Əliyevə əfv ərizəsi yazıb. Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları deyib. Onların sözlərinə görə, Məmmədov öz müraciətində dövlət başçısına və dövlətçiliyə sədaqətindən söz salıb. O, həmçinin 4 ildən artıqdır ki, həbsdə olmasını və səhhətindəki problemləri nəzərə alaraq prezidentdən onu azadlığa buraxmasını xahiş edib. Qeyd edək ki, Alimpaşa Məmmədov korrupsiya cinayətlərinə görə həbs edilib. Geri qayıt |