Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur

Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur


Dünən, 12:29

12 günlük müharibədən sonra İran hökuməti miqrantlara qarşı kəskin addımlar atmağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, ilk addımlar bu ölkədə yaşayan 4 milyon əfqan qaçqınları əhatə edib.

Son məlumatlara görə, indiyə qədər İran Miqrasiya Xidməti və DİN 300 mindən artıq əfqan qaçqını deportasiya edib. Prosesin davam edəcəyi və bu rəqəmin 1 milyonu keçəcəyi gözlənilir.

Lakin gələn xəbərlərdən aydın olur ki, İran Miqrasiya Xidməti və polisi təkcə əfqanları deyil, bu ölkədə yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarını da hədəfə alıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, İran tərəfi son iki gündə Azərbaycan vətəndaşlarının yaşadığı ünvanlara gələrək, onların deportasiyasına başlayıb. Son iki gündə xeyli sayda həmvətənimizin Miqrasiya İdarəsinə aparıldığı, hətta sənədləri qaydasında olsa belə ölkədən çıxarıldığı deyilir.

Son əldə olunan məlumata görə, bir neçə Azərbaycan vətəndaşı İran polisi tərəfindən saxlanılıb. Onlara konkret ittiham irəli sürülməsə də, məhkəmə qərarı ilıə barələrində sutkalıq həbs cəzası kəsilib.


Geri qayıt