Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kontakt Home” müştəriyə əzik kondisioner satdı
“Kontakt Home” müştəriyə əzik kondisioner satdıBu gün, 11:02 |
“Kontakt Home”dan şikayətlər tükənmir. Sözügedən şəbəkədən elektronik əşya alan növbəti müştəri peşman olub. Tribunainfo.az xəbər verir ki, o özü bu barədə sosial şəbəkələrdə yazıb. Müştəri Həvva Mehdiyeva bildirib ki, aldıqları məhsul zədəli olub. Ancaq “Kontakt Home” müştərinin probleminə baxmır: “Şikayətim “Kontakt Home”dandır. 14 iyun tarixində aldığımız kondisioner əzilmiş halda bizə çatdırıldı. Bunu da öz əməkdaşları aşkarlayıb. Dəfələrlə zəng etməyimizə baxmayaraq, məsələmizə baxılmır. Bu şikayəti hara bildirək ki, həllini tapsın?”. Geri qayıt |