Əsas Səhifə > Ana xəbər / Güney Press > Dollarla bağlı təhlükə: vəziyyət dəyişir
Dollarla bağlı təhlükə: vəziyyət dəyişirBu gün, 07:29 |
Dolların “təhlükəsiz sığınacaq” statusunu itirməsi nə il nəticələnə bilər? Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, dolların “təhlükəsizlik sığınacağı” statusunu itirməsi, ABŞ səhmləri və paralel ucuzlaşması dünya maliyyə sistemində dərin dəyişikliklərə yol aça bilər: “Bunu üç aspektdən təhlil etmək mümkündür. İlk olaraq, dolların ABŞ iqtisadiyyatında sabit rolu əvvəllər nisbətən davamlı idi. Tarixən dollar geosiyasi və iqtisadi qeyri-sabitlik dövrlərində sərmayədarların etibar etdiyi “sığınacaq limanı” olub. Bu, ABŞ iqtisadiyyatının sabitliyinə bağlı idi. Onların istiqrazları likvid və güvənli hesab edilirdi, dollar isə qlobal ticarətin əsas valyutası idi. Lakin indi vəziyyət dəyişir. Artıq geosiyasi risklər mövcuddur və ABŞ borcu sürətlə artaraq 33 trilyon dollara çatıb. Pul siyasətindəki qeyri-müəyyənlik isə durumu daha da çətinləşdirir. ABŞ bazarlarında dollar artıq təlaş zamanı alınan valyuta deyil, daha çox satılan valyutaya çevrilir. Bu, dolların qlobal maliyyə sistemindəki rolunun dəyişdiyini göstərir”. Ekspert bildirib ki, ikinci aspekt kapital bazarlarında inamın azalmasıdır: “Bu, qlobal investorların dollara olan inamını itirərək, alternativ valyutalara üz tutmasına səbəb ola bilər. Əgər bu trend davam edərsə, dolların qlobal rezerv valyutası statusu ciddi şəkildə təhlükə altına düşə bilər. Üçüncü aspekt isə qlobal iqtisadi valyuta sisteminə mümkün təsirlərdir. Məsələn, yapon yeni və İsveç frankı kimi digər valyutaların qlobal iqtisadiyyatda rolunun artması ehtimalı mövcuddur. Hətta Çin yuanı da müəyyən sahələrdə önə çıxa bilər. Dolların zəifləməsi ABŞ ixracatını gücləndirəcək, amma idxal inflyasiyasını artıracaq. qlobal neft və əmtəə bazarlarında dolların qiymətləndirilməsi səbəbindən vacib dalğalanmalar müşahidə olunacaq. Bu gün mərkəzi banklarda bəzi hallarda dolların payının azalmasını görürük. Digər valyutaların güclənməsi də mümkündür. Nəticədə, dolların təhlükəsizlik limanı statusunu itirməsi yalnız ABŞ iqtisadiyyatı deyil, bütün dünya üçün maliyyə nizamının yenidən qurulmasını gündəmə gətirə bilər. Bu, həm risklər, həm də fürsətlər doğurur. Qlobal iqtisadi sistem artıq vahid valyutaya hegemoniyasını itirərək, çoxqütblü və rəqəmsal modelə doğru yönələcək”. Geri qayıt |