Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda icra başçısı birinci müavinini işdən çıxardı

Bakıda icra başçısı birinci müavinini işdən çıxardı


Bu gün, 11:08

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaur Hüseynov vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elgin Həbibullayev əmr imzalayıb.

Bir müddətdir işdən çıxan birinci müavinin yerinə hələ ki təyinat olmayıb.

Xatırladaq ki, Zaur Əkrəm oğlu Hüseynov 2023-cü ilin əvvəllərində Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.


Geri qayıt