Əsas Səhifə > Ana xəbər / Güney Press > “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU

“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU


Bu gün, 09:41

“İnşaat Konstruksiyaları” 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.azxəbər verir ki, şirkət 2024-cü ildə şirkətin əsas əməliyyat gəliri ötən ilə bərabər səviyyədə qalaraq 17,4 min manat təşkil edib. Lakin bu gəliri əldə etmək üçün çəkilən satışın maya dəyəri 40,2 min manat olub. Bu o deməkdir ki, şirkət hər 1 manatlıq mal satmaq üçün 2 manatdan çox xərc çəkib. Nəticədə şirkət hələ digər xərcləri hesablamadan öncə, təkcə satış əməliyyatlarından böyük zərər edib.

Xərclərdə cüzi qənaət
2024-cü ilin yeganə müsbət tendensiyası xərclərə nəzarətdə müşahidə olunub.

Satışın maya dəyəri 40,2 min manata enərək, ötən ilə nisbətən 0,5 min manat (1,2%) azalıb.

Hesabatın aşağı hissəsindəki detallı məlumatlara əsasən, şirkətin amortizasiya xərcləri də 7,2 min manatdan 6,9 min manata, sair əməliyyat xərcləri isə 0,9 min manatdan 0,7 min manata enib.

Bununla yanaşı, inzibati xərclər 1,2 min manata bərabər olub ki, bu da cüzi (0,1 min manat) artımdır.

Yekun nəticə: zərər azalsa da, həcmi çox böyükdür
Xərclərdəki cüzi azalmaya baxmayaraq, gəlirlərin xərcləri qarşılaya bilməməsi yekun nəticəyə birbaşa təsir edib. Şirkət 2024-cü ili 24 min manat xalis zərərlə başa vurub. Bu, ötən ilin 24,5 min manatlıq zərərindən cəmi 0,5 min manat (2,0%) daha azdır.

Hesabat ilində cəmi aktivlər cəmi 9,3 min manat (0,3%) artaraq 3 267,2 min manat olub.

Aktivlərin tərkibində də ciddi dəyişiklik olmayıb: uzunmüddətli aktivlər bir qədər azalıb, qısamüddətli aktivlər isə cüzi artıb. Ehtiyatlarqısamüddətli debitor borcları kimi vacib maddələr demək olar ki, eyni qalıb.

Kapital və öhdəliklər “dondurulub”
Balansın passiv tərəfi bu durğunluğu daha aydın şəkildə nümayiş etdirir:

Cəmi kapital il ərzində heç dəyişməyərək 370,9 min manat səviyyəsində qalıb.

Uzunmüddətli öhdəliklər də eyni şəkildə, tamamilə dəyişməz qalaraq 1 441,4 min manat təşkil edib.

Öhdəliklərdə cüzi yerdəyişmə
Yeganə cüzi dəyişiklik qısamüddətli öhdəliklərdə baş verib. Cəmi öhdəliklər 9,2 min manat (0,3%) artaraq 2 896,2 min manata çatıb.

Şirkət vergi və sair məcburi ödənişlər üzrə borcunu 1,9 min manat azaldıb ki, bu müsbət haldır.

Lakin bu azalma Sair qısamüddətli öhdəliklərin 11,1 min manat artması ilə kompensasiya olunub.


Geri qayıt