Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdıDünən, 14:26 |
“Bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır. Bu, tez - tez baş vermir, amma indi o da nəzərə çarpır ki, beynəlxalq gündəmdəki bir sıra məsələlərlə bağlı bizim kifayət qədər oxşar təsəvvürlərimiz var və bu da təsirli amildir”. Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib. “Bölgədə, İranda baş verən hadisələr çox narahatedicidir və əminəm ki, Türkiyə Prezidentinin iş gündəmində çox mühüm yer tutur. Əlbəttə, bizim də iş gündəmimizdə kifayət qədər böyük yer tutur. Səfər belə bir şəraitdə baş verir və bu, həm Türkiyə, həm də Ermənistanın buna önəm verməsi deməkdir” , - o əlavə edib . Paşinyan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və dərin münasibətlər heç kimə sirr deyil: “Bu əlaqələrdən xəbərdarıq, bu münasibətlərin yaxınlığını bilirik, amma biz sərhədləri ayırmaq istəmirik, bölgədə sabit və davamlı sülhün bərqərar olmasını istəyirik, bu kontekstdə Türkiyə ilə dialoqumuza böyük əhəmiyyət verirəm. Mən şəxsən Türkiyə Prezidenti ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi və sülh gündəliyinin gələcək irəliləyişi ilə bağlı yanaşmalarımızı bölüşməyi vacib hesab edirəm. Ermənistan - Türkiyə münasibətlərinin keyfiyyəti regiondakı vəziyyətə təsir etməyə bilməz”. Geri qayıt |