Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıbDünən, 11:05 |
“Azİnvest İnşaat” QSC 2024-cü ili 3 milyon 404 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 3 milyon 297 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Azİnvest İnşaat” şirkətinin xalis mənfəəti 3% artıb. Şirkətin əməliyyat mənfəəti 2022-ci ildəki 2 milyon 335 min manatdan 2023-cü ildə 3 milyon 515 min manata yüksəlib. "DİA-AZ" bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir. Şirkətin əməliyyat mənfəəti 4 milyon 121 min manatdan 4 milyon 256 min manata yüksəlib. “Azİnvest İnşaat”ın əsas əməliyyat gəliri isə 13% azalaraq 45 milyon 708 min manat olub. Hesabat dövründə “Azİnvest İnşaat”ın cəmi aktivləri 17 milyon 986 min manatdan 44 milyon 136 min manata, cəmi öhdəlikləri 15 milyon 70 min manatdan 39 milyon 662 min manata, cəmi kapitalı isə 2 milyon 916 min manatdan 4 milyon 473 min manata çatıb. Xatırladaq ki, “Azİnvest İnşaat” QSC yaşayış, ictimai və sənaye binalarının tikintisi, təmiri və yenidən qurulması üzrə ixtisaslaşmış tikinti şirkətidir. Geri qayıt |