Əsas Səhifə > Ana xəbər / Güney Press > Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı

Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı


Bu gün, 05:55

ABŞ-dəki erməni diasporunun nümayəndəsi, “California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan Ermənistanın Baş naziri Nikol Paşinyanın özünü diktator kimi apardığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Sasunyan “RİA Novosti”yə açıqlamasında deyib.

Diaspor nümayəndəsi Paşinyanı erməniəsilli iş adamı Samvel Karapetyanı günahsız həbs etdirməkdə ittiham edib: “Paşinyan kilsənin işlərinə qarışmaq hüququna malik deyil. Ermənistan konstitusiyasına görə, kilsə dövlətdən ayrılıb. Baş nazir qanunları pozaraq, kilsənin işlərinə birbaşa təsir göstərməyə çalışır. Onun hərəkətlərini tənqid edənləri uydurma bəhanələrlə təqib edir”.


Geri qayıt