Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olubDünən, 17:17 |
“Azpetrol Neft Şirkəti” MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Banker.az xəbər verir ki, Ceyhun Məmmədov Əhməd oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə İbrahim Məmmədov İsmayıl oğlunu əvəz edib. Ceyhun Məmmədov 2015-ci ildən bu tərəfə digər şirkət “AZPETROL LTD” MMC-nin baş direktoru idi. Xatırladaq ki, “Azpetrol Neft Şirkəti” MMC 2005-ci ildə yaradılıb və 13.22 milyon manat nizamnamə kapitalına sahibdir. Geri qayıt |