Əsas Səhifə > Ana xəbər / Güney Press > Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildiDünən, 12:26 |
Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) direktor vəzifəsinin icrasını müvəqqəti olaraq kollecin direktor müavini Amalya Sezgin yerinə yetirəcək. Bu barədə "DİA-AZ"-a kollecdən məlumat verilib. Bildirilib ki, Amalya Sezgin 3 ay müddətinə direktor səlahiyyətlərini icra edəcək. O mart ayında kollecin tədris işləri üzrə direktor müavini təyin edilib. Qeyd edək ki, ADPK-nın direktoru İsrayıl İsgəndərov bir neçə gün öncə vəzifəsindən ayrılıb. O, kollecdə altı il fəaliyyət göstərib. Geri qayıt |