Əsas Səhifə > Ana xəbər / Güney Press > Gədəbəy rayonuna prokuror təyin edilib

Gədəbəy rayonuna prokuror təyin edilib


Dünən, 16:05

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə APA-nın soğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.


Geri qayıt