Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinatDünən, 11:45 |
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Məhin Abdullayeva Vaqif qızı İdarə Heyətinin üzvü seçilib. O, 2021-ci ildən BOKT “İnternational”da çalışır. Bununla da İdarə Heyəti sədrlə birlikdə üçə yüksəlib. Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 8 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur. Geri qayıt |