Əsas Səhifə > Ana xəbər / Güney Press > Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi

Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi


Bu gün, 10:24

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin (Quska) anası Zeynəb Abdullayevə yenidən prezidentə müraciət edib.

Gununsesi.info xəbər verir ki, o, müraciətində oğlunun xəstə olduğunu və uzun müddət həbs yatmasını qeyd edərək, azadlığa buraxılmasını xahiş edir.

Sözgedən müraciət mətnini olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident, bildiyiniz kimi, oğlum (keçmiş millət vəkili, bəstəkar) Abdullayev Hüseyn Abbas oğlu, artıq 7 ildən artıq zamandır ki, həbsxanadadır. Bir müddət bundan öncə ona qarşı yeni ittiham elan olunmuş və bu ittihamla ona yenidən 9 il həbs cəzası verilmişdir. Hörmətli cənab Prezident, oğlumun Abdullayev Hüseynin səhhətində ciddi problemlər yaranmışdır və hər keçən gün səhhətindəki problemlər artaraq davam etməkdədir. Müstəqil həkim terapevt, professor Adil Qeybullanın da apardığı müayinə və müalicə prosesindən sonra qəti əminlik yaranmışdır ki, onun müalicəsi üçün təcili o xüsusi nəzarət altında olmalı, müstqil klinikalarda müalicəsini davam etdirməlidir. Sizin də bildiyiniz kimi, bunun üçün həbsxana şəraitində tam şərait mövcud deyildir. Ricamız ondan ibarətdir ki, oğlum Hüseyn azad olunsun müalicəsini ən azından ev şəraitində davam etdirsin”.

Zeynəb Abdullayeva bundan əvvəl Hüseyn Abdullayevin özünün də müraciət etdiyini bildirib:

“Hörmətli cənab Prezident, Hüseyn Abdullayev əfv olunması və azad olunması ilə bağlı şəxsən özü Sizə müraciət edərək, bir neçə dəfə rica etmişdir. Hüseynin səhhətindəki durum hədsiz dərəcdə kritikdir. Mən yaşlanmışam, həbsxana qapılarında böyük stress və əzab çəkməkdəyəm. Artıq taqətim qalmayıb, oğlumun bu vəziyyəti mənə son dərəcə ağır təsir etməkdədir. Hörmətli cənab Prezident, onun növbəti məhkəməsi 23.06.2025 tarixində Bakı Apellyasiya Məhkəməsində hakim cənab İbrahim İbrahimovun sədrliyində keçiriləcəkdir. Biz onun bu məhkəmə prosesində səhhətindəki vəziyyətinin nəzərə alınaraq azad olunmasını vəa həbsinin ev dustaqlığı ilə əvəz olunmasını arzu edirik. Son dərəcə böyük ümidlərlə bir daha Sizə müraciət edərək, humanist lider kimi oğlumun azad olunmasına öz dəstəyinizi göstərmənizi bir Ana kimi Sizdən rica edirəm. Bir daha bəyan edirəm ki, oğlum azad olunduqdan sonra özünün yaradıcılıq, bəstəkarlıq fəaliyyətinədavam edəcək, o cümlədən Sizin siyasətinizə də öz dəstəyini əsirgəmiyəcəkdir.Öncədən təşəkkür edir, Sizə dövlət idarəçiliyi kimi şərəfli və ağır işinizdə uğurlar arzu edirəm”.


Geri qayıt