Əsas Səhifə > Ana xəbər / Güney Press > Hər saniyəsi dəqiq hesablanmış 44 gün...

Hər saniyəsi dəqiq hesablanmış 44 gün...


Bu gün, 08:46

Dünyada baş verən müharibələrə baxıram, Azərbaycan qədər səliqəli müharibə aparan ölkə çox az olar. İstər hərbi, istərsə də diplomatik. 44 günün içində məsələ həll oldu. Sonra da bir günlük antiterror əməliyyatı. Vəssalam.

Zaman keçdikcə adam başa düşür ki, nə qədər mürəkkəb və qəliz məsələ imiş, amma Azərbaycan onun öhdəsindən necə ustalıqla gəldi. Qonşuda iki ölkə var, Rusiya və İran. Heç biri istəmir Qarabağ azad olunsun. Susqunluqları da ən çox ona görədir ki, inanmırlar. İnanmırlar ki, Azərbaycan Qarabağı azad edə bilsin. İran sərhədə ordu yığır, təlim keçir. Rusiya və İran cəhənnəm, Fransa da istəmir. İndi İran-İsrail müharibəsinə baxıram, hər iki ölkədə nə qədər dağıntılar, nə qədər fəlakətlər baş verib, onların hamısı 44 günlük müharibə zamanı Azərbaycanda da baş verə bilərdi, dəfələrlə cəhdlər də oldu, amma hamısının qarşısı alındı, hərbi, ya da diplomatik yolla. Gəncəyə və Bərdəyə düşən raker xaric. Üstündən zaman keçdikcə aydın olur ki, 44 günlük müharibə zamanı hər şey nə qədər dəqiqliyi ilə hesablanıbmış. Hətta Nurlan Ordubadlının "Yaşa, Azərbaycan" mahnısının mətni də əvvəlcədən yazılıb hazırlanıb, bəstələnibmiş, müharibə başlayan kimi də düyməni basıblar ki, oxu, camaat oynasın.

Kəramət Böyükçöl - "DİA-AZ"


Geri qayıt